Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Sportal.az UEFA-nın saytına istinadən xəbər verir ki, azarkeşlər arasında keçirilən səsverməyə əsasən, “Liverpul”un yarımmüdafiəçisi Məhəmməd Salah ən yaxşı oyunçu seçilib.
O, səslərin 51 faizini toplayıb. Cenk Tosun (“Beşiktaş”) 2-ci, Kuinsi Promes ("Spartak") 3-cü olub.
Qeyd edək ki, Salah Çempionlar Liqasının qrup mərhələsində “Maribor”la oyunda (7:0) dubl edib.
saytlarin hazirlanmasi