UEFA PSJ-ni cərimələdi

17:33 - 23 Oktyabr 2017

UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda baş verən pozuntulara görə cəza tətbiq edib.

 

Sportal.az xəbər verir ki, UEFA PSJ və “Seltik”i cəzalandırıb. Ali futbol qurumu bu komandalar arasında keçirilən qarşılaşma ilə bağlı araşdırma apardıqdan sonra “Seltik”i 10 min, PSJ-ni isə 5 min İsveçrə frankı cərimələyib.

 

Oyunun gedişində “Seltik” azarkeşlərindən biri meydana daxil olaraq, PSJ-nin hücumçusu Kilian Mbappeyə hücum etmək istəyib. PSJ fanatları isə stadiondakı kresloları qırıblar.

 

Qeyd edək ki, PSJ “Seltik”ə 5:0 hesabı ilə qalib gəlmişdi.

Xəbər xətti