Fransa Peşəkar Futbol Liqası PSJ-nin futbolçusu Neymarı cəzalandırıb.
Sportal.az xəbər verir ki, "Marsel"lə matçda qırmızı vərəqə alan ulduz oyunçu 2 oyunluq cəzalanıb. O, PSJ-nin "Nitsa"ya qarşı keçirəcəyi oyunda çıxış etməyəcək.
Hücumçuya verilmiş 2 oyun cəzanın 1 oyunu şərti cəza kimi tətbiq edilib və ona 6 ay sınaq müddəti verilib. Sınaq müddəti ərzində futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcəkdir.
saytlarin hazirlanmasi