Fransa Liqa 1-də XI tura start verilib.
Sportal.az xəbər verir ki, ilk oyun günündə PSJ - “Nitsa”nı qəbul edib. Paris təmsilçisi bu oyunda 3 xalı 3 qolla qazanıb. Edinson Kavani dubl imza atmaqla oyuna damğa vurub.
PSJ 11 turdan sonra 29 xalla liderdir. 1 oyun az keçirən "Monako" 22 xalla 2-ci pillədə qərarlaşıb. "Nitsa" 10 xalla 14-cü yerdə məskunlaşıb.
PSJ – “Nitsa” – 3:0
Qollar: Kavani, 3; 31. Dante, 52 (avtoqol).
saytlarin hazirlanmasi