Bundesliqa klubu baş məşqçisi ilə yolları ayırdı

17:57 - 30 Oktyabr 2017

Almaniyanın “Verder” klubu baş məşqçisi Aleksandr Nouri ilə yollarını ayırıb.

 

Sportal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Nouri ilə yanaşı, onun köməkçisi Markus Feldhoffa da qapını göstəriblər.

 

“Verder”i “Ayntraxt”la (Frankfurt) qarşıdakı oyuna klubun U-23 komandasının baş məşqçisi Florian Kohfeldtin çıxaracağı bildirilib.

 

Cari mövsümdə Bundesliqada qələbəyə həsrət qalan “Verder” 5 xalla 17-ci pillədə qərarlaşıb.

 

Nouri “Verder”in “sükanı arxasına” 2016-cı ildə keçmişdi.

Xəbər xətti