"Atletiko" Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda təmsilçimiz "Qarabağ"ı qəbul edib və 1:1 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, oyundan sonra Madrid klubunun yarımmüdafiəçisi Qabi açıqlama verib:
"Xəyal qırıqlığı hiss edirik. Məyusam. İlk hissəni uğursuz şəkildə keçirdik. İkinci hissədə qalib gəlməyə çalışsaq da, bacarmadıq. Qrupda vəziyyətimiz ağırdır. Hazırda uğursuz seriyadayıq. Çox çalışmalıyıq ki, vəziyyətimizi dəyişək. Bu, bizim üçün bir sınaq və təcrübədir".
Kapitan azarkeşlərin dəstəyinə ehtiyacalarının olduğunu dilə gətirib: "Qarabağ"a qarşı iki oyun oynadıq, amma qalib gələ bilmədik. Hər komanda bu cür problemlərlə üzləşə bilər. Bu qarşılaşmada üstün tərəf idik. Lakin ələ düşən imkanları dəyərləndirmədik. Bu vəziyyətdə azarkeşlərimizin dəstəyi vacibdir".
saytlarin hazirlanmasi