"Neftçi"də yeni müqavilə

15:08 - 1 Noyabr 2017

"Neftçi” daha bir futbolçusu ilə müqavilənin müddətini artırıb.

 

Sportal.az klubun saytına istinadən məlumat verir ki, Rəhman Hacıyev "ağ-qaralar"da çıxışını davam etdirəcək. Belə ki, 24 yaşlı yarımmüdafiəçinin müqaviləsi 2018-ci ilin yanvarında başa çatacaqdı. Bu gün onunla 2018/2019 mövsümünün sonunadək anlaşma imzalanıb.

 

Qeyd edək ki, Hacıyev 2015-ci ildən "Neftçi”də çıxış edir.

 

Əlavə edək ki, "Neftçi" daha ööncə Uqo Barqas və İqnasio Errera ilə müqaviləni uzatmışdı.

Xəbər xətti