Çempionlar Liqasında qrup mərhələsinin 4-cü turun görüşləri keçirilib.
Sportal.az xəbər verir ki, F qrupunun lideri "Mançester Siti" "Napoli"nin qonağı olub və 4:2 hesabı ilə qalib gəlib. Bu nəticə ilə "şəhərlilər" 1/8 finala yüksəliblər.
"Mançester Siti" 12 xalla qrupa başçılıq edir. 9 xalı olan "Şaxtyor" 2-ci, 3 xalı olan "Napoli" isə 3-cüdür. "Feyenord"un aktivində xal yoxdur.
“Napoli” (İtaliya) - “Mançester Siti” (İngiltərə) - 2:4
Qollar: İnsinye, 21, Jorjinyo, 62 (pen.) - Otamendi, 34, Con Stounz, 48, Aquero, 69, Sterlinq, 90+2
saytlarin hazirlanmasi