Çempionlar Liqasında qrup mərhələsinin 4-cü turun görüşləri keçirilib.
Sportal.az xəbər verir ki, F qrupunda qərarlaşan "Sevilya" doğma meydanında "Spartak"ı 2:1 hesabı ilə məğlub edib.
Qrupa 8 xalla "Liverpul" başçılıq edir. 1 xal geri qalan "Sevilya" 2-ci yerin sahibidir. "Spartak" 5 xalla 3-cü, "Maribor" 1 xalla sonuncudur.
“Sevilya” (İspaniya) - “Spartak” (Rusiya) - 2:1
Qollar: Lanqlet, 30, Baneqa, 59 - Ze Luis, 78
saytlarin hazirlanmasi