UEFA-nın reytinqi: Azərbaycan mövqeyini qorudu

10:36 - 2 Noyabr 2017

Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunun daha 8 oyunundan sonra UEFA reytinqi açıqlanıb.

 

Sportal.az xəbər verir ki, dünən keçiriən matçlardan sonra Azərbaycanın mövqeyində dəyişiklik olmayıb.  22-ci pillədə qərarlaşan ölkəmizin 19.125 xalı var.

 

 

Hazırda izləyicilərimizlə xal fərqimiz belədi:
 
21. Rumıniya – 19.850
22. Azərbaycan – 19.125
23. İsveç – 18.725
24. Bolqarıstan – 18.625
25. Belarus – 18.125
26. Şotlandiya 18.125
 
Həmçinin, cari mövsümdə klublarmızın topladığı xalların sayı 4.375-ə çatıb. Bu da rekord göstəricimizin təkrarlanması deməkdi. İndiyə kimi ölkəmiz yalnız bir dəfə - 2015/16 mövsümündə bu qədər xal toplaya bilmişdi. 

Qeyd edək ki, avrokuboklarda təsnifat mərhələsində qələbəyə görə 0.250, heç-heçəyə görə isə 0.125 xal verilir. Qrup mərhələsində isə bu say müvafiq olaraq 0.500 və 0.250-ə bərabərdi.

Xəbər xətti