Hər il ənənəvi olaraq Göyçay rayonunda təşkil olunan Nar bayramında bu il "Neftçi” klubu da iştirak edəcək.
Sportal.az xəbər verir ki, təşkilatçılar tərəfindən göndərilən dəvət məktubunda yerli "Aznar” futbol komandası ilə oyun keçirilməsi təklif olunub. Klub rəhbərliyi bu dəvətə müsbət cavab verib.
Beləliklə, sabah saat 15.00-da Göyçay rayon stadionunda keçiriləcək yoldaşlıq oyununda "Neftçi”nin U-19 komandası "Aznar” futbol komandası ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi