Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində “Sumqayıt” “Kapital Bank Arena” da “Keşlə”ni qəbul edib və 3:1 hesablı qələbə qazanıb.
Sportal.az xəbər verir ki, bu qarşılaşmada “Sumqayıt” akademiyasının yetirməsi olan Rüfət Abdullazadə əsas komandanın heyətində debüt edib. Abdullazadə 16 yaş 10 ay 3 günlüyündə “Keşlə” ilə qarşılaşmanın 87-ci dəqiqəsində meydana daxil olub.
Qeyd edək ki, Rüfət Abdullazadə cari mövsüm Premyer Liqa klublarının heyətində meydana çıxan ən gənc futbolçu ünvanına sahib olub (17.01.2001).