Almaniya millisi Bakıya 22 futbolçu ilə gəlir

12:12 - 6 Noyabr 2017

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin qonağı olacaq Almaniya yığmasının heyəti açıqlanıb.

 

Sportal.az xəbər verir ki, “panzerlər”in baş məşqçisi Ştefan Kunts millimizlə qarşılaşma üçün 22 futbolçuya dəvət göndərib.

 

Qapıçılar: Svend Brodersen (Sankt-Pauli), Nils Korber (Prussen Munster), Aleksander Nubel (Şalke)

 

Müdafiəçilər: Valdemar Anton (Hannover), Timo Baumqartl (Ştutqart), Benjamin Henriş (Bayer), Ceyms Horn (Köln), Tilo Kehrer (Şalke), Lukas Klostermann (Leyptsiq), Paskal Ştenzel (Frayburq), Cordan Torunariqa (Herta)

 

Yarımmüdafiəçilər: Nadiem Amiri, Dennis Qeyqer, Filip Oş (hamısı “Hoffenhaym”), Mahmud Dahud (Borussiya D), Marsel Hartel (Union Berlin), Eduard Loven (Nürnberq), Florian Neuhaus (Fortuna), Levin Öztunalı (Maynts)

 

Hücumçular: Canni Serra (Borussiya D), Aron Seydel (Holşteyn), Sedrik Teuçert (Nürnberq”).

 

Xatırladaq ki, Almaniya yığması noyabrın 9-da millimizin qonağı olacaq, ayın 14-də isə İsraili qəbul edəcək.

Xəbər xətti