Amil Yunanovdan tarixi qol

17:49 - 6 Noyabr 2017

Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində keçirilmiş "Sumqayıt" - "Keşlə" oyununda (3:1) "kimyaçılar"ın ikinci qolunun müəllifi olan Amil Yunanov klubun tarixinə düşüb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, cari mövsümdə çempionatda 5-ci qolunu vuran "9 nömrə" komandanın heyətində 23-cü dəfə fərqlənərək, Pərdis Fərcad-Azadı (22 qol) geridə qoyub.

 

Qeyd edək ki, 2015/2016 mövsümündən "Sumqayıt"ın şərəfini qoruyan Amil Yunanov həmin mövsümdə 12 qola, 2016/2017 mövsümündə isə 6 qola adını yazdırıb. Bu oyuna qədər vurulan 5 qolu da nəzərə aldıqda, hücumçu 23 qolla "Sumqayıt"ın heyətində ən çox qol vuran futbolçu ünvanına sahib çıxıb.

Xəbər xətti