Riberi məşqlərə başladı

12:15 - 7 Noyabr 2017

"Bavariya"nın futbolçusu Frank Riberi zədəsini sağaldıb.

 

Sportal.az xəbər verir ki, fransız yarımmüdafiəçi artıq fərdi məşqlərə başlayıb. Onun yaxın günlərdə komanda ilə birlikdə məşq edəcəyi gözlənilir.

 

Qeyd edək ki, təcrübəli futbolçu Almaniya çempionatının 7-ci turu çərçivəsində "Herta" (2:2) ilə keçirilən oyunda zədələnmişdi.

Xəbər xətti