Hakimləri təhqir edən futbolçuya 4 oyunluq cəza

15:57 - 8 Noyabr 2017

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatında 11-ci turun bir oyunu ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:

 

“Sumqayıt” – “Keşlə” matçında “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub. 

 

Oyunun 78-ci dəqiqəsində “Keşlə”nin futbolçusu Sərtan Taşkın ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 100 manat cərimə olunub. 

 

Oyunun 84-cü dəqiqəsində “Sumqayıt”ın futbolçusu Elsevər Bəkirzadə hakimlər briqadasını təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klubu 1600 manat cərimə olunur. 

 

Oyunun 85-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Ceyhun Rəcəbli aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 800 manat cərimə olunub.

Xəbər xətti