Fransa millisində çıxış edən Loran Koselni yığma karyerasını bitirmək istəyir.
Sportal.az xəbər verir ki, "Arsenal"da çıxış edən futbolçu DÇ-2018-dən sonra bu addımı atacaq. 32 yaşlı oyunçu bu barədə belə açıqlama verib: "Hər şeyin bir sonu var. Dünya çempionatından sonra 33 yaşım olacaq. Artıq millidə 6 ay vaxtım qalıb. Yerimizi gənclərə verməliyik".
Qeyd edək ki, 2011-ci ildən millidə oynayan Koselni 49 dəfə yığmanın formasını geyinib. O, bir dəfə dünya, iki dəfə isə Avropa çempionatında çıxış edib.
saytlarin hazirlanmasi