PSJ-nin ulduz oyunçusu Neymar Fransa çempionatında iki oyunda meydana çıxmaqdan imtina edib.
Sportal.az xəbər verir ki, braziliyalı ulduz 12-ci turda "Anje" və daha əvvəl "Monpelye" ilə səfər matçlarında oynamaq istəməyib.
Buna səbəb "sambaçı"nın Fransadakı bəzi stadionlarının keyfiyyətindən narazı olmasıdı. Forvard zədələnmə ehtimalına görə ot örtüyü yaxşı olmayan meydançalarda oynamaq istəmir.
Qeyd edək ki, Neymar ötən yay 222 milyon avroya "Barselona"dan transfer olunub.
saytlarin hazirlanmasi