Topaz Premyer Liqasının növbəti turunda səfərdə "Qarabağ"la qarşılaşacaq "Sumqayıt” hazırlığını davam etdirir.
Sportal.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi komanda bu gün saat 11:00-da "Kapital Bank Arena"da növbəti məşqini keçirib.
“Kimyaçılar” tam heyətlə hazırlaşa bilmir. Belə ki, komandanın 4 futbolçusu - Süleyman Süleymanov, Xəyal Nəcəfov, Ehtiram Şahverdiyev və Bəhlul Mustafazadə U-21 heyətində yer aldığı üçün hazırlığa nisbətən gec qatılacaq. Bundan başqa, zədəli olan Cavid Tağıyev və xəstə olan Amil Yunanov da bugünkü məşqdə iştirak etməyib. Əvəzedici komandanın 7 futbolçusu isə əsas heyətə qoşulub.
Qeyd edək ki, "Qarabağ" - "Sumqayıt" oyunu noyabrın 17-də keçiriləcək.
saytlarin hazirlanmasi