"Marsel"dən qovulan Patris Evra futbolla vidalaşmaq fikrində deyil.
Sportal.az xəbər verir ki, təcrübəli müdafiəçi Avropa Liqasında "Qimaraynş"la matçdan öncə azarkeşə təpik atdığı üçün UEFA-dan 7 aylıq cəza almışdı. Evra bu müddət ərzində UEFA-nın bayrağı altında keçirilən matçlarda çıxış edə bilməz. Marseldən qovulan futbolçuya bir neçə təklif var.
Bunu onun agenti Pastorello "Gazzetta dello Sport"a açıqlamasında deyib:
"Etdiyi hərəkətin yanlış olduğunu anlayır, amma karyerasını bu şəkildə bitirmək istəmir. Evra fiziki cəhətdən 5-6 il əvvələ baxanda daha güclü olub. Onun transferi üçün bir neçə klubla təmasa keçdik".
Pastorello 36 yaşlı cinah müdafiəçisinin "Napoli"yə mümkün keçidi barədə bunları deyib:
"Patris "Yuventus"da bir neçə mövsüm keçirdi. O, artıq İtaliya A Seriyasında oynamaq istəmir".
Qeyd edək ki, Fransa millisinin sabiq üzvü ilə "Fənərbaxça"nın da maraqlandığı iddia olunur.
saytlarin hazirlanmasi