Topaz Premyer Liqasının 12-ci turunda “Qəbələ”ni qəbul edəcək “Neftçi” azarkeşlərini stadiona səsləyib.
Sportal.az xəbər verir ki, paytaxt təmsilçisinin klub televiziyası bununla bağlı maraqlı videoçarx hazırlayıb. Videoda “ağ-qaralar”ın bir neçə futbolçusu komandanın ev oyunlarını keçirdiyi 8-ci km qəsəbə stadionunda boş tribunalar önündə görüntülənib, eləcə də “Hamı stadiona” çağırışını edib.
Qeyd edək ki, oyun noyabrın 19-u, saat 17:00-da başlayacaq.
saytlarin hazirlanmasi