"Neftçi"nin məğlubiyyətini qeydə almış hakim 5 il sonra yenidən Bakıda

15:58 - 20 Noyabr 2017

“Qarabağ”ın Çempionlar Liqasında “Çelsi” ilə oyununu idarə edəcək Manuel de Souzanın yolu ikinci dəfə təmsilçilərmizlə kəsişəcək.

 

Sportal.az xəbər verir ki, portuqaliyalı ədalət təmsilçisi daha əvvəl də paytaxtımızda fit çalıb. O, 2012-ci ildə Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Neftçi”nin “Rubin”lə ev oyununda (0:1) ədaləti qorumuşdu. Souzda həmin görüşdə qonaqların 3, bakılıların isə 1 futbolçusuna sarı vərəqə göstərmişdi. 

 

2006-cı ildən FİFA referisi statusunu daşıyan pirineylinin kifayət qədər təcrübəsi var. 42 yaşlı hakim indiyə kimi 67 beynəlxalq matçda fit çalıb. O, bu oyunlarda futbolçulara 265 sarı, 13 qırmızı vərəqə göstərib. Referi bundan savayı 22 dəfə də qapılara penalti təyin ediblər. 

Xəbər xətti