Nainqqolan: "Qarabağ"la oyuna qədər növbəti mərhələyə yüksəlməyi hədəfləyirik"

11:32 - 21 Noyabr 2017

"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi olan "Roma" klubunun yarımmüdafiəçisi Raca Nainqqolan açıqlama verib.

 

Sportal.az xəbər verir ki, belçikalı futbolçu 5-ci turda səfərdə "Atletiko"ya qarşı keçirəcəkləri görüşdən danışıb. 29 yaşlı oyunçu bildirib ki, bu oyunda qalib gələrək 1/8 finala vəsiqəni təmin etmək istəyirlər:

 

"Bu qarşılaşma bizim üçün çox əhəmiyyətlidir. Növbəti mərhələyə yüksəlmək üçün bu oyunda qalib gəlmək istəyirik. Əlbəttə, 1/8 finala son oyunda "Qarabağ"a qalib gəlməklə də yüksələ bilərik. Amma hədəfimiz qrup lideri olmaqdır. Bu səbəbdən də Madridə 3 xal üçün gəlmişik. "Qarabağ"la oyuna qədər növbəti mərhələyə yüksəlməyi hədəfləyirik".

 

Qeyd edək ki, qrupa 8 xalla "Roma" başçılıq edir.

 

1. Roma 4 2 2 0 8-4 8
2. Çelsi 4 2 1 1 11-7 7
3. Atletiko 4 0 3 1 2-3 3
4. Qarabağ 4 0 2 2 2-9 2

Xəbər xətti