Azərbaycanlı hakim Əliyar Ağayev UEFA Gənclər Liqasının oyununa təyinat alıb.
Sportal.az xəbər verir ki, Ağayev "Beşiktaş" - "Portu" matçını idarə edəcək. Ona həmyerliləri Mübariz Haşimov və Akif Amirali köməklik edəcək. Dördüncü hakim funksiyasını Oğuzhan Uğurlu (Türkiyə) yerinə yetirəcək.
Qeyd edək ki, "Beşiktaş" - "Portu" görüşü bu gün saat 15:00-da başlayacaq.
saytlarin hazirlanmasi