“Qarabağ” sabah UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində sonuncu ev oyununa çıxacaq.
Sportal.az "atlılar"ın "facebook" səhifəsinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi Bakı Olimpiya Stadionunda İngiltərə çempionu “Çelsi” ilə qarşılaşacaq. Artıq ölkənin ən böyük arenası sözügedən qarşılaşmaya tam hazırdı.
70 minə yaxın azarkeş tutumuna malik olan və tam dolması gözlənilən BOS-dan son görüntüləri təqdim edirik.
“Qarabağ” - “Çelsi” qarşılaşmasının start fiti saat 21:00-da səslənəcək.
saytlarin hazirlanmasi