Möhtəşəm geridönüşün sirri: Fasilədə futbolçulara xərçəng olduğunu dedi

12:58 - 22 Noyabr 2017

Çempionlar Liqasının 5-ci təsnifat mərhələsində keçirilən “Sevilya” – “Liverpul” matçında meydan sahiblərinin möhtəşəm geridönüş etməsi diqqət çəkib.

 

Sportal.az xəbər verir ki, İngiltərə mətbuatı Əndəlusiya təmsilçisinin bu oyunda 0:3 hesabı ilə geri düşdükdən sonra bir xal qazanması baş məşqçi Eduardo Berissonun xərçəng xəstəsi olması ilə bağlayıb. 

 

Britaniyalıların yazdığına görə, Berisso fasilədə futbolçulara “xərçəng xəstəsi olduğunu və oyunu onun üçün ən azı 1 xalla tərk etməli olduqlarını” deyib. 

 

“Sevilya”nın prezidenti Xose Kastro bununla bağlı açıqlama verib. O, məlumatı təkzib etməyib: “Bununla bağlı indi danışmaq istəmirəm. Sabahı gözləməliyik”.

 

Əndəlusluların futbolçusu Ever Baneqa bununla bağlı "Hər zaman arxamızda olan azarkeşlərimiz və baş məşqçimiz üçün ikinci hissəyə fərqli bir motivasiya ilə çıxmalıydıq" deyə fikir bildirib.

Xəbər xətti