"Mançester Yunayted"in hücumçusu Zlatan İbrahimoviç adını Çempionlar Liqasının tarixinə yazdırıb.
Sportal.az xəbər verir ki, qoleador "qırmızı şeytanlar"ın heyətində ÇL-də ilk oyununu "Bazel"lə matçda keçirib. Bununla da İbrahimoviç 7 müxtəlif klubun heyətində çıxış edən ilk futbolçu olub.
Oyuna 74-cü dəqiqədə daxil olan 36 yaşlı forvard bundan əvvəl “Ayaks”, “Yuventus”, “İnter”, “Barselona”, “Milan” və PSJ ilə Çempionlar Liqasında iştirak edib.
Matçda isə "Bazel" 1:0 hesabı ilə qalib gəlib.
saytlarin hazirlanmasi