"Keşlə" ilə qarşılaşmada böyük futbolda ilk rəsmi oyununu keçirən "Neftçi”nin 18 yaşlı yetirməsi Ömər Buludov təəssüratlarını Neftçi TV ilə bölüşüb.
Sportal.az xəbər verir ki, gənc futbolçu "ağ-qaralar"ın heyətində çıxış etdiyi üçün xoşbəxt olduğunu deyib.
"10 yaşımda "Neftçi”yə gəldim. Nadinc uşaq olduğum və bütün günü çöldə, evdə oynamağıma baxmayaraq yorulmadığım üçün məni "Neftçi"yə, Araz Qulamovun məşqlərinə yazdırdılar. Əvvəllər ilk 11-liyə düşmürdüm. Sonra yavaş-yavaş oynamağa başladım. 17 yaşımda isə milli komandaya dəvət aldım. Çox sağ olsunlar, "Keşlə” ilə oyunda mənə şans verdilər. Mən də özümü göstərə bildim. Hətta qol vurmaq şansım da oldu, amma heyf ki, yararlana bilmədim. Azarkeşlərimizə çox təşəkkürümü bildirirəm. Qarşıda "Zaqatala” ilə kubok oyunu var, inşallah, şans versələr, oynayıb özümü göstərərəm, heyətdə yerimi möhkəmləndirərəm. Sonra isə "Qarabağ”la çempionat oyunumuzdur. İnşallah, "Neftçi”nin qələbələri ard-arda gələr. Bu komandada olduğum üçün çox xoşbəxtəm”.
saytlarin hazirlanmasi