Tərlan Əhmədov: "Müdafiədəki səhvlər məni çox narahat edir"

21:08 - 28 Noyabr 2017

"Neftçi" AZərbaycan kubokunun 1/8 final mərhələsində "Zaqatala"ya 5:0 hesabı ilə qalib gələrək 1/4 final mərhələsinə yüksəlib.

 

Sportal.az xəbər verir ki, "Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov oyunsonrası mətbuat konfransında fikirlərini bildirib:

 

"Rəqibin oyunu çox xoşuma gəldi. "Zaqatala” xüsusilə ilk hissədə məni təəccübləndirdi. İki gündən sonra bizi "Qarabağ”la ağır oyun gözləyir. Buna görə də komandada bir çox dəyişiklik etdim. Bəzi oyunçulara istirahət vermişdim. Çalışdım ki, oyun praktikası olmayan, şans vermədiyim futbolçular da bugünkü qarşılaşmada meydanda olsunlar. Amma çoxunun oyunundan razı qalmadım. Ümumiyyətlə, müdafiədəki səhvlər böyük problemə çevrilib. Hesab edirəm ki, hücum xəttindəki problemi, demək olar, həll etmişik. Son oyunlarda qollar vururuq, amma müdafiədəki səhvlər məni çox narahat edir. Çalışacağıq, dekabrdan sonra bu problemi də aradan qaldıraq. Bugünkü oyun mənim üçün bir siqnal idi və göstərdi ki, hələ görüləcək işimiz çoxdur”.

Xəbər xətti