"Qarabağ"la oyundan sonra sıx qrafikə girirdik. Oynamayan futbolçulara daha çox şans verdik”.
Sportal.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Ayxan Abbasov Azərbaycan kubokunun 1/8 finalında “Xəzər”ə qalib gəldikləri oyundan (3:0) sonra deyib.
O, qələbəni belə şərh edib: “İlk yarıda tələskənlik oldu. Hesabı açandan sonra rahat olduq. Rəqib yaxşı müqavimət göstərdi. Onlara gələcək oyunlarda uğurlar arzu edirəm.
Qeyd edək ki, “Zirə” 1/4 finalda "Neftçi" ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi