Çempionlar Liqasında matçların başlama saatı ilə bağlı dəyişiklik edilib.
Sportal.az xəbər verir ki, qarşılaşmalar daha əvvəl nəzərdə tutulduğu kimi 20:45-də (Bakı vaxtı ilə 23:45, saatlar geri çəkilməzsə 22:45) start götürməyəcək.
Qitə futbol qurumu qarşılaşmaları 2 yerə bölüb. İlk iki matç Avropa vaxtı ilə 19:00 (Bakı vaxtı ilə 22:00 və ya 21:00), günün digər 6 oyunu isə 21:00-da (Bakı vaxtı ilə 00:00 və ya 23:00) start götürəcək. Bu, gələn mövsümdən etibarən tətbiq ediləcək.
saytlarin hazirlanmasi