"Neftçi"nin futbolçusu Venesuelada kubok qazandı

10:18 - 1 Dekabr 2017

“Neftçi”nin icarəyə verdiyi Edson Kastilyo vətəni Venesuelada çempionluq sevinci yaşayıb.

 

Sportal.az xəbər verir ki, yarımmüdafiəçi ölkə kubokunun qalibi olub.

 

Onun şərəfini qoruduğu “Mineyro” həlledici görüşdə “Zamora”nı üstələyib. Səfərdəki ilk matçdan 1:1 hesablı bərabərliklə qayıdan mineyrolular cavab matçında evdə 4:3 hesabı ilə qalib gələrək qızıl medalları boynundan asıb.

 

Qeyd edək ki, Kastilyonun “Neftçi” ilə müqaviləsi 2018-ci ilin yayında başa çatacaq. Elə yarımmüdafiçinin “Mineyro”da icarə müddəti də məhz yayda yekunlaşacaq.

Xəbər xətti