Fransa milli komandasının sabiq baş məşqçisi Raymon Domenek PSJ və Neymar haqda danışıb.
Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis braziliyanı hücumçunun ünvanınna təriflər səsləndirib.O, PSJ-nin bu mövsüm Çempionlar Liqasının finalına çıxacağına inandığını bildirib:
"Genqam"a qarşı oynadığı ilk oyununu izləmişdim. Möhtəşəm idi. Meydanda hər zaman düzgün olanı etməyi bacardı.Həm oyunu, həm də PSJ-ni dəyişə biləcək oyunçudu.
İndiyə qədər heç vaxt Çempionlar Liqasının finalına çıxa bilməmiş komandadan söhbət gedir. Ancaq artıq Neymar var. PSJ-nin erkən mərhələlərdə "Mançester Siti" ilə qarşılaşmayacağı təqdirdə finala çıxmaq şansı var. Çox güclü bir komanda görüntüsünə sahibdirlər. Heç şübhəsiz ki, Neymar Avropanın ən yaxşılarından biri ola bilər. Komanda yoldaşlarının yaxşı oyunu da ona kömək edir. Bu da onun "Qızıl top"u qazanmasına kömək edəcək".
saytlarin hazirlanmasi