"Atletiko"nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda "Çelsi" ilə oyundan öncə açıqlama verib.
Sportal.az xəbər verir ki, argentinalı mütəxəssis bildirib ki, İtaliyada baş tutacaq "Roma" - "Qarabağ" oyununu da düşünəcəklər:
"Romada nə baş verəcəyini düşünməməliyik. Biz yalnız öz oyunumuza baxmalıyıq. Çempionlar Liqasında qalmaq üçün əlimizdən gələni edəcək. Möhtəşəm komandaya qarşı oynayacağıq. Onlar qrup birincisi olmağa layiqdirlər".
Çalışdırıcı London klubu ilə görüşün asan keçməyəcəyini bildirib: "Ancaq qələbə haqda düşünməliyik. Çünki başqa yolumuz yoxdur. "Roma” qalib gəlsə, qrupdan çıxmaq münasibəti ilə onları və "Çelsi”ni təbrik edəcəyik”.
saytlarin hazirlanmasi