Azərbaycan Premyer Liqasının 14-cü turunun “Kəpəz”lə səfər matçında vurulan son qol “Sumqayıt” üçün tarixi əhəmiyyət kəsb edib.
Sportal.az xəbər verir ki, 3:0 hesablı qələbə qazanan “gənclik şəhəri” təmsilçisi bununla da, Premyer Liqada vurduğu qolların sayını 200-ə çatdırıb. Yubiley qolunun müəllifi Cavid İmamverdiyev olub. Onun 68-ci dəqiqədə vurduğu top klub tarixində 200-cü Premyer Liqa qoludu.
Yubiley qolunu 210-cu matçında qeyd edən “Sumqayıt” 7-ci mövsümündə bu rəqəmə çatıb: 2011/12 - 27, 2012/13 - 31, 2013/14 - 27, 2014/15 - 29, 2015/16 - 41, 2016/17 - 28, 2017/18 - 17. Klubun yüksək dəstədəki orta məhsuldarlığı 0,95-ə bərabərdi.
“Sumqayıt” Premyer Liqa tarixində 200 və daha çox qol vuran 20-ci komandadı. “Gənclik şəhəri” təmsilçisi bu toplardan 109-nu evdə, 91-ni səfərdə rəqib qapısından keçirib.
1-ci qol
2011/12 mövsümü. 06.08.2011. “Xəzər Lənkəran” - “Sumqayıt Şəhər” 2:1
Eşqin Quliyev, 85
100-cü qol
2014/15 mövsümü. 14.12.2014. “Neftçi” - “Sumqayıt” 3:2
Orxan Əliyev, 63
200-cü qol
2017/18 mövsümü. 02.12.2017. “Kəpəz” - “Sumqayıt” 0:3
Cavid İmamverdiyev, 68