Baş məşqçi mətbuat konfransına Zorro geyimində gəldi

11:13 - 7 Dekabr 2017

"Şaxtyor"un baş məşqçisi Paulu Fonseka maraqlı addımım ilə yadda qalıb.

 

Sportal.az xəbər verir ki, o, Çempionlar Liqasının 6-cı turunda "Mançester Siti" üzərində qələbədən sonra (2:1) mətbuat konfransına "Zorro"nun kostyumunda gəlib. Portuqaliyalı məşqçi bununla da 1/8 finala çıxacaqları təqdirdə verdiyi sözə əməl edib.

 

Baş məşqçi bunun səbəbini belə izah edib: "Bu, mənim həyatımda ən şən mətbuat konfransıdır, hamı gülür. Hansı "Zorro"nu daha çox bəyənirəm, Alen Delon, yaxud Antonio Banderrasınkını? Cavab vermək çətindir. Hazırda daha çox Paulu Fonsekanın "Zorro"su xoşuma gəlir".

Xəbər xətti