Şehiç qrup mərhələsində ən yaxşı seçildi

12:19 - 7 Dekabr 2017

Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub.

 

Sportal.az xəbər verir ki, dünən baş tutan son oyunların ardınca yekun statistik göstəricilər də açıqlanıb.

 

Bu yarışdakı təmsilçimiz "Qarabağ"ın qapıçısı İbrahim Şehiç fərqlənənlərdən olub. O, qrup mərhələsinin ən çox seyv edən qapıçısı adını qazanıb. Bosniyalı qolkiper 6 matçda 35 dəfə komandasını qoldan xiolas edib.

 

Bu baxımdan ikinci yerdə "Maribor"lu Yasmin Handanoviç (32 seyv), 3-cü pillədə ÇSKA-nın "çərçivə" qoruyucusu İqor Akinfeyev qərarlaşıb.

Xəbər xətti