Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda səfərdə “Qarabağ”a 1:2 hesabıyla uduzan “Sumqayıt”ın məşqçisi Seymur Rəhimov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az xəbər verir ki, Rəhimov oyunla bağlı fikirlərini bildirib:
"Maraqlı oyun oldu. “Qarabağ” üstün oyun sərgilədi. Bu komanda Azərbaycan çempionatını aşmış komandadı. Qurban Qurbanovu qələbə münasibəti ilə təbrik edirəm. Bu gün komandamızın 70 faizi gənclərdi. Bu oyunçular Azərbaycan millisinin gələcək üzvləridi. Kubok oyunu iki matçdan ibarətdi. Çalışacağıq mərhələni adlayan tərəf biz olaq".
saytlarin hazirlanmasi