Ruslan Abışov cəzalı duruma düşdü

13:15 - 15 Dekabr 2017

"Neftçi"nin kapitanı Ruslan Abışov Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyununu buraxacaq.

 

Sportal.az xəbər verir ki, təcrübəli oyunçu “Zirə” ilə 1/4 final mərhələsinin cavab görüşündə cəzalı duruma düşüb. Matçın birinci hissəsində sarı vərəqə alan Ruslan bununla da limiti doldurub. O, ilk matçda da xəbərdarlıq aldığı üçün yarımfinalın ilk matçını buraxacaq.

 

"Neftçi" növbəti mərhələdə "Səbail" - "Qəbələ" cütünün qalibi ilə qarşılaşacaq.

Xəbər xətti