"Zirə"nin hazırlıq planı məlum oldu

15:50 - 15 Dekabr 2017

“Zirə”nin qış hazırlıq planı bəlli olub.

 

Sportal.az xəbər verir ki, dünən “Neftçi” ilə kubok oyundan sonra istirahətə buraxılan komanda bir də gələn il yanvarın 4-də təlim-məşq toplanışı üçün bir araya gələcək. 


Yanvarın 19-na kimi paytaxtda hazırlıqlarını davam etdirəcək Ayxan Abbasovun yetirmələri bu müddətdə bir yoxlama matçı keçirmək fikrindədi. “Qartallar” ayın 18-i və ya 19-da yerli klublardan biri ilə qüvvəsini sınayacaq. Bununla da hazırlığın ilk mərhələsi yekunlaşacaq.

 

Yanvarın 21-də Türkiyəyə yollanacaq qəsəbə təmsilçisi hazırlıqlarının ikinci hissəsini bu ölkədə keçəcək. Antalyada Side bölgəsində yerləşən “The Sense De Luxe Hotel”də məskunlaşacaq "Zirə" burada 3 yoxlama matçı keçirəcək. Qarşılaşmalar 27, 30 yanvar və 2 fevral tarixlərndə nəzərdə tutulub.

 

“Qartallar” fevralın 4-də Bakıya qaydacaq.

Xəbər xətti