Azərbaycan kubokunun 1/4 final mərhələsində cavab oyunlarının son qarşılaşması keçirilib. Sumqayıtda keçirilən qarşılaşmada “Sumqayıt” “Qarabağ”ı qəbul edib. Oyun meydan sahiblərinin 2:0 hesablı qalibiyyəti ilə yekunlaşıb. Bu nəticə ilə "Sumqayıt" 1/4 finala yüksəlib.
Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “Sumqayıt”ın məşqçisi Seymur Rəhimov matç haqda danışıb:
- Çox maraqlı oyun alındı. Böyük komandaya qarşı oynayırdıq. Futbolçulara təşəkkür edirəm. Canların qoydular. Azarkeşlərimizə təşəkkür edirəm. Qurban müəllimin də işinə uğurlar arzulayıram. O, bizim böyük qardaşımızdı.
- Futbolçuar “Qarabağ”dan çəkinmirdi...
- Komandamız gənclərdən ibarətdir. Əzmkarlıq var. Motivasiya etməyimiz işə yaradı.
- Samir Abasovla danışdınızmı?
- Xeyr, onunla danışmamışam.
- Sizcə, oynunun ən yaxşısı kim idi?
- Bütün futbolçularım yaxşı idi. Mehdi Cənətovdan tutmuş, Xəyal Nəcəfova qədər. Bundan sonra kubok daha maraqlı olacaq. Bu qələbə daha çox Samir Abasovun zəhmətinin bəhrəsidir.
- Yarımfinalda “Keşlə” ilə qarşılaşacaqsınız. Onlar da fasilədə heyəti gücləndirəcək. Final şansınızı necə qiymətləndirirsiniz?
- Hələ yolumuz uzundu. Düşünürəm ki, yaxşı olacaq. “Keşlə”yə də uğurlar arzulayırıq. Biz də əlimizi aşağı salmayacağıq.
saytlarin hazirlanmasi