Almaniya Bundesliqasında 17-ci tura start verilib.
Sportal.az xəbər verir ki, turun ilk oyununda Münhenqladbax “Borussiya”sı “Hamburq”u qəbul edib. Dörd qolun qeydə alındığı görüşdə meydan sahibləri 3:1 hesablı qələbəyə seviniblər.
Bundesliqanın turnir cədvəlinə 38 xalla "Bavariya" başçılıq edir. 9 xal geri qalan "Şalke" 2-cidir. "Leyptsiq" 28 xalla 3-cüdür. 4-cü pillədəki "Borussiya" Münhenqladbaxın da 28 xalı var.
“Borussiya” Münhenqladbax – “Hamburq” – 3:1
Qollar: Torqan Hazard, 9, Raffael, 74, 79 - Hahn, 53
saytlarin hazirlanmasi