"Bavariya"nın qış transfer pəncərəsində heyətinə qatacağı ilk futbolçu bəlli olub.
Sportal.az xəbər verir ki, Münhen klubu "Hoffenhaym"ın forvardı Sandro Vaqnerin keçidini həll edib. Bu barədə "Kicker" nəşri məlumat yayıb. Bu keçid üçün "Bavariya" 12 milyon avrosundan keçib.
Rəhbərlik Levandovskinin xahişindən sonra bu transferi reallaşdırıb. Belə ki, polşalı bombardir mövsümboyu bütün matçlarda oynamağın çətin olduğunu və komandaya ehtiyat hücumçunun lazım olduğunu deyib.
Qeyd edək ki, 30 yaşlı Vaqner Almaniya yığmasının üzvüdür.
saytlarin hazirlanmasi