“Bavariya” yarımmüdafiəçisi Kinqsli Komanla yeni müqavilə bağlayıb.
Sportal.az xəbər verir ki, bu barədə məlumatı Almaniya mətbuatı yayıb. Xəbərdə fransalı futbolçu ilə Münhen klubu arasında yeni müqavilənin 2023-cü ilə kimi nəzərdə tutulduğu qeyd edilib. Koman yeni anlaşmaya əsasən, mövsümə 6,5 milyon avro qazanacaq.
21 yaşlı futbolçu 2015-ci ildən “Bavariya”nın uğurları üçün çalışır. O, cari mövsümdə şans qazandığı 21 oyunda 3 qola imza atıb.
saytlarin hazirlanmasi