“Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov bir müddət öncə əvəzedici komandaya göndərilən Elnur Cəfərovu bağışlayıb.
Sportal.az xəbər verir ki, bu barədə qol.az-a klubun mətbuat xidmətinin rəhbəri Anar Şabanoğlu məlumat verib. Klub rəsmisi transferə çıxarılacağı gözlənilən gənc hücumçunun komandada qalacağını bildirib.
Qeyd edək ki, U-21 millisinin düşərgəsində olarkən sosial şəbəkələrdə paylaşdığı şəkillər və azarkeşlə mübahisəsi Cəfərovun əvəzedici komandaya göndərilməsi ilə nəticələnmişdi. Tərlan Əhmədov klubun daxili nizam-intizam qaydalarına əməl etməyən futbolçunun böyük ehtimalla “Neftçi”dən göndəriləcəyini söyləmişdi.
saytlarin hazirlanmasi