Kante ilin ən yaxşı futbolçusu seçildi

16:28 - 26 Dekabr 2017

Fransada ilin ən yaxşı futbolçusu məlum olub.

 

Sportal.az xəbər verir ki, “France Football” nəşrinin sorğusuna əsasən, bu il ölkənin ən yaxşı futbolçusu Fransa yığmasının və “Çelsi”nin yarımmüdafiəçisi Nqolo Kante seçilib. O, 90 xal toplayıb.

 

26 yaşlı futbolçudan 5 xal az toplayan Kilian Mbappe (PSJ) 2-ci, 52 xal yığan Kərim Benzema (Real) isə 3-cü olub.

 

Qeyd edək ki, ötən mövsüm "Çelsi" ilə İngiltərə Premyer Liqasının qalibi olan Kante cari mövsümdə şans qazandığı 21 oyunda 1 qola imza atıb.

Xəbər xətti