"Neftçi" iki məşqçi ilə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, "ağ-qaralar"ın əvəzedicilərinin məşqçisi Aleksandr Qross və U-17 komandasının baş məşqçisi Arslan Quliyevin müqavilələrinə xitam verilib.
Hər iki məşqçi bundan sonra Azərbaycanın aşağı yaş qrupu üzrə yığmalarında çalışacaqlar. Qross U-19-un baş məşqçisi Vüqar Məmmədin köməkçisi olacaq. Quliyevin isə U-17-nin məşqçilər korpusunda yer alacağı gözlənilir. Bu yaş qrupu üzrə komandaya Ramin Quliyev başçılıq edir.
saytlarin hazirlanmasi