"Şalke"nin futbolçusuna 3 nəhəng "elçi düşdü"

17:17 - 31 Dekabr 2017

"Barselona", "Bavariya" və "Liverpul" Almaniyanın "Şalke" klubunun yarımmüdafiəçisi Leon Qoretska ilə maraqlanırlar.

 

Sportal.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb. 22 yaşlı futbolçunun "Şalke" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq və o, komandası ilə yeni saziş bağlamaq niyyətində deyil. Bu səbəbdən "Şalke" Almaniya millisinin üzvünü qışda satmaq qərarı verib. Onu transfer etmək istəyən klub 12 milyon avrosundan keçməlidir.

 

Qeyd edək ki, "Şalke" Qoretskanı 2013-cü ildə "Bohum"dan 3,25 milyon avroya transfer edib. Yarımmüdafiəçi bu mövsüm 12 oyuna 4 qol vurub və 1 assist edib.

Xəbər xətti