"Bavariya"nın heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, Manuel Noyerin uzunmüddətli zədələnməsindən sonra Münhen təmsilçisinin qapısını qoruyan Sven Ulrayx da sıradan çıxıb.
29 yaşlı qolkiper dövrəarası təlim-məşq toplanışını Qətərdə keçən "Bavariya"nın məşqi zamanı zədələnib. Tpo qaytramaq istəyərkən təcrübəli "əlcək sahibi"nin sağ əlinin orta barmağı sınıb. O, məşqi davam etdirə bilməyib.
Ulrayxın durumu haqda ətraflı məlumat tibbi müayinədən sonra veriləcək. Əgər onun zədəsi ciddi olsa, "Bavariya"nın qapısını 36 yaşlı Tom Ştarke qoruyacaq.
saytlarin hazirlanmasi