"Neftçi"nin futbolçusu: "Başqa klubların maraq dairəsində olmaq sevindiricidi"

12:07 - 4 Yanvar 2018

Yeni kluba keçidimlə bağlı məsələlərlə menecerim Aleksandr Pankov maraqlanır. Onun bu barədə məluumatı daha çoxdu".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Neftçi"nin ukraynalı futbolçusu Kiril Petrov deyib. Ukraynalı müdafiəçinin adı son vaxtlar Türkiyənin I liqa təmsilçisi "Giresunspor"la birgə hallanır.

 

"Neftçi" ilə müqavilə müddəti mövsümün sonuna qədər olan 27 yaşlı oyunçu bu variantın baş tutma ehtimalını istisna etməyib: "Hazırda "Neftçi"yə məxsus futbolçuyam və bu komandanın heyətində toplanışa qatılacam. Gələcəkdə nələr olacğını zaman göstərəcək. "Giresunspor" maraqlı varinatdı və başqa klubların maraq dairəsində olmaq sevindiricidi. Türkiyə Superliqası çox güclü çempionatdı. Düzdü, "Giresunspor" I liqada mübarizə aparır. Ancaq bu komandanın böyük hədəfləri var".

 

Qeyd edək ki, Kirill Petrov bu mövsüm "Neftçi"nin heyətində 13 oyunda iştirak edib, 1 qola imza atıb.

Xəbər xətti